Azərbaycan çempionu “Qarabağ” yeni mövsümün hazırlığına başlayıb.

Komandanın bazasında start götürən hazırlıq prosesində milli komandaya çağırılmış futbolçular, eyni zamanda legionerlərdən Abdulla Zubir, İbrahima Vadji,Kevin Medina həmçinin “Ankaragücü”də icarə müqaviləsi başa çatmış Ovusu Kvabena iştirak etmir. Həm onlar, həm də millinin heyətində olan futbolçular hazırlığa daha sonra qoşulacaqlar. Qeyd edək ki, “Qarabağ” iyunun 20-nə qədər hazırlığı Bakıda keçirəcək, daha sonra Avstriyaya təlim-məşq toplanışına yollanacaq.